“Prezident davamlı səfərləri ilə Azərbaycanı Şərqlə Qərbin qovşağına çevirir” – Aqil Məmmədov

Siyasət

“Azərbaycan Prezidentinin bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinə səfəri, burada keçirdiyi görüşlər və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı ölkəmiz üçün olduqca mühüm əhəmiyyət daşıyır”.

Milli Məclisin deputatı Aqil Məmmədov Turkustan.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin mühüm beynəlxalq tədbirə dəvət edilməsi ölkəmiz və dövlətimizin başçısının dünyada, o cümlədən, İslam aləmindəki nüfuzunun göstəricisidir: “Azərbaycan bir sıra platformalarda müsəlman ölkələrinin dəstəyini hiss edir. Cənab Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışında da qeyd etdiyi kimi “Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir”. Bildiyimiz kimi 2022-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışmışdı. Amma təşkilata qeyri-daimi üzv olan Birləşmiş Ərəb Əmirlikləri də belə bir cəhdin qarşısının alınmasında fəal iştirak etdi. Bu, əsl dost ölkənin dəstəyi idi. Cənab Prezident İlham Əliyev də görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bəyan edib”.

Ərəb ölkələrinin daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini ifadə etdiyini deyən millət vəkili bildirib ki, bu siyasət Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra müəyyənləşib: “Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir. Beynəlxalq tərəfdaşlar ötən illər ərzində ölkəmizin de-yure olduğu kimi, de-fakto da müstəqilliyinə və etibarlı tərəfdaş mövqeyinə əmin olduqları üçün, Azərbaycan artıq üçüncü ildir ki, 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına sədrlik edir. O cümlədən, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan Prezidenti dünyanın 150 ölkəsindən 30 minədək nümayəndənin iştirak etdiyi bu mötəbər tədbirdəki çıxışında qeyd etdiyi “Masdar” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılması ilə bağlı imzalanmış razılaşmanın əhəmiyyəti isə xüsusi qeyd olunmalıdır”.

A.Məmmədov dövlət başçısının BƏƏ-dən İsveçrəyə səfər etməsinə toxunaraq bildirib ki, Davos İqtisadi Forumunda da Prezident İ.Əliyevin çox mühüm görüşləri keçirilir: “Prezident davamlı səfərləri ilə Azərbaycanı Şərqlə Qərbin qovşağına çevirir” – deyə, millət vəkili bildirib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir