Mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir

Siyasət

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində toxunduğu vacib məqamlardan biri də əlbəttə ki, Fransa ilə bağlı olub.
Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Mənfur düşməni məğlub etməklə biz bütün dünyaya gücümüzü göstərdik.
II Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət kursu regionda yeni bir mənzərə formalaşdırdı. Artıq bütün dünya Azərbaycanın formalaşdırdığı bu yeni siyasi-hərbi reallıqları qəbul edir. Əvvəllər açıq ermənipərəst siyasət yürüdən bəzi dairələr və təşkilatlar yeni mərhələdə mövqelərində mühüm korrektələr etmək məcburiyyətində qalıblar. Özünün ərazi bütövlüyünü hərbi güc yolu ilə təmin edən Azərbaycan artıq Ermənistanla sərhədlərini müəyyənləşdirir və bununla da 2020-ci ilin noyabrın 10-dan başlanan prosesin yaxın zamanda yekunlaşacağına böyük ümidlər yaranır.
Bir zamanlar “Dağlıq Qarabağ münaqişəsi”nin tənzimlənməsində vasitəçi rol oynamağa çalışan ATƏT-in “Minsk Qrupu”nun həmsədrlərindən olan Fransa isə özünün ermənipərəst siyasətindən əl çəkmək niyətində deyil. Fürsət düşdükcə, öz “bacı”sına dəstək verməyə çalışan Fransa çirkin əməllərindən əl çəkmir. Amma Fransanın ölkəmizə qarşı apardığı bütün kampaniyalar bumeranq effekti ilə üzünə çırpılır – istər Frankofoniya, istərsə də BMT fiaskosu buna real sübutlardır. Azərbaycan isə öz yolunda inamla irəliləyir. Belə demək mümkündürsə, Fransanın etdikləri və ya etməyə çalışdıqları bizim üçün heç bir əhəmiyətə malik deyil.
İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik. Əvvəlki dövrdə, mən deyə bilərəm ki, 10-dan çox şəhərlərimiz qardaşlaşmışdır, gediş-gəliş var idi, bir çox nümayəndələr gəlmişdi, Prezident Sarkozi, Prezident Olland Azərbaycana səfərlərə gəlmişlər. İndi isə vəziyyət tam fərqlidir. Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik.
Daha sonra ölkə rəhbəribildirmişdir ki, Mən indi müharibə dövründə olan yüksək səviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm. Onlar bizi şərləmişdilər, demişdilər ki, guya biz cihadçılar gətirmişik. Bir dənə də sübut yoxdur. Üzr istəyiblərmi bizdən? Yox.
Avropanın mərkəzində dövlətin milli maraqlarını bir ovuc erməninin maraqlarına satan və ya dəyişən Fransanın hazırki hakimiyyətinin tutduğu mövqe çox sürə bilməz – fransız cəmiyyəti bunu görür və qiymətləndirir. Hətta aparılan sosial siyasət belə ölkə ictimaiyyətini razı salmır. Bu səbəbdəndir ki, Fransada sosial tələblərlə kütləvi etirazlar artıq adi hal alıb. Belə olan təqdirdə ermənipərəst, milli mənafeyi saya salmayan hakimiyyətin dəyişməsi də labüd sayıla bilər.
Ramilə Seyidova
YAP Siyəzən rayon təşkilatının sədr müavini

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir