Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov gənclərlə görüşüb

Sosial

Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov gənclərlə görüşüb.

Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov gənclərlə görüşüb.Görüşdə Vətən müharibəsi qaziləri, veteranları, fəal gənclər iştirak ediblər. Tədbirdə Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və digər natiqlər çıxış edərək bildiriblər ki, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz hərtərəfli inkişaf edir. Bütün sahələrdə uğurlara imza atılır. Bu gün xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və onun rəşadətli ordusunun misilsiz qəhrəmanlığı ilə qazanılmış şanlı Zəfərin qürurunu yaşayır. Daha sonra dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi, hərbi islahatlarından, I Qarabağa Qaydış Proqramından bəhs edilib. Vurğulanıb ki, hər zaman olduğu kimi, Kəlbəcər gəncləri daima Müzəffər Ali Baş Komandanın yanındadır, yenidənqurma işlərinin həyata keçirilməsində onun müsəlləh əsgərləri kimi əmrindədirlər. Görüşdə gənclər təkliflərlə çıxış edərək bildiriblər ki, Kəlbəcərin yenidən qurulmasında onlarında iştirakının təmin edilməsinə, eyni zamanda Kəlbəcər rayonuna səfərlə bağlı müvafiq icazənin alınmasına köməklik göstərilsin. Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gənc diplomla təltif edib. Gənclər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir