Laçın-Xankəndi yolunda baş verən “Ekoloji terrora YOX deyək!” aksiyası davam edir

Cəmiyyət

Laçın-Xankəndi yolunda baş verən “Ekoloji terrora YOX deyək!” aksiyası davam edir. Dekabrın 12-dən Azərbaycanın faydalı yataqlarının qanunsuz şəkildə istismarına qarşı olaraq Şuşa-Laçın yolunda başladılan aksiya etirazçıların tələbi yerinə yetirilmədiyinə görə gecə saatlarında da davam edib. Aksiyada iştirak edən etirazçılar Azərbaycan ekoloqları və mütəxəssislərinin Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinqlər keçirilməsi üçün yaradılan maneələrin aradan qaldırılmasına çağırırlar.

Günlər keçdikcə etirazlara qoşulan ekofəalların, qeyri-hökumət təşkilatlarının, gənclər və könüllü təşkilatlarının nümayəndələrinin, ictimai fəalların sayı artır. Dekabrın 14-də aksiyada iştirak üçün “Əbədi Birlik” Gənclər İctimai Birliyinin üzvləri də Şuşaya üz tutublar. Aksiyada iştirak edən fəallar qarşıya sürdükləri tələblərin hələ də həyata keçirilmədiyini deyirlər. “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev saytımıza açıqlamasında bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan torpaqlarında təbii ehtiyatların qanunsuz istismarının monitorinqinə yaradılmış əngəllərə son qoyulması məqsədilə vətəndaş cəmiyyətinin nümayəndələri ilə birlikdə etiraz aksiyasına qatılıblar. Həmin aksiyalarda iştirak edən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev yazır:

“Bu gün artıq Bakımıza qayıdıram. Mübarək Şuşamızdakı haqlı mübarizədə iştirak etmək mənim üçün qürurverici və fəxr ediləsi bir mərhələ oldu. Biz dinc şəkildə sadəcə öz haqqımızı tələb edirik, dünyadan da bu haqlı davada bizim yanımızda olmasını istəyirik. Vətən şirindir, Vətən üçün lazım gəlsə canımızı, qanımızı da verməyə hazırıq. Gələcəkdə Azərbaycanın vətənpərvər gəncliyinin Vətən uğrundakı mübarizəsini tarix kitablarında gördüyümüzü düşünəndə insan özü ilə daha fəxr edir, daha da mübariz olur. Hələ cənab Prezidentin biz gənclərə təşəkkür mesajını demirəm. O təşəkkür ki, bizdəki vətənpərvərlik hisslərini daha da gücləndirdi, motivasiyamız, enerjimiz ən pik səviyyəyə çatdı. Burada Emin adlı bir qazi qardaşımız bizə: “Sizinlə fəxr edirəm, mən Aprel döyüşlərində, II Qarabağ müharibəsində iştirak etdim. Qələbə qazandıq. Sizdəki əzmi gördüyümdə daha da sevinirəm.” – dedi. Bu sözləri eşidib necə fəxr etməyəsən axı?! Hal hazırda estafeti ötürdüyümüz, Laçın-Xankəndi yolunda iştirak edən bütün qardaş-bacılarımıza əzm, mübarizlik və dözüm arzu edirəm. Biz bacaracağıq, çox yaxın zamanda mübarək bayrağımızı Xankəndidə dalğalandıracağıq.

Göz önündən ömür ötər
Bir olandan gülür vətən
De ona, torpağa dəyməsin
Torpağımda xarı bülbüllər bitər

Vətənimin, dövlətimin, xalqımın yanındayam!”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir