Kəlbəcər RİH və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib

Baş səhifə

Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev İli elan edilməsi ilə bağlı silsilə tədbirlərə start verilib. Kəlbəcər rayon Icra Hakimiyyətində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, professor Ələmdar Əlbəndov və professor Elman Mövsümov, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev iştirak edib.İlk öncə Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Keçirilən dəyirmi masada çıxış edən natiqlər Ümumilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açılıb, 20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu xüsusi vurğulanıb.Qeyd edilib ki, bu gün dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən faciə qurbanlarının yaxınlarına və faciədən əziyyət çəkmiş insanlara xüsusi dövlət qayğısı göstərilir. Eyni zamanda qeyd edilib ki, 20 yanvar faciəsi xalqımızın yaddaşına qəhrəmanlıq dastanı kimi yazılıb. 20 yanvar qurbanlarının əziz xatirəsi daima hər birimizin qəlbində yaşayacaq, onların qorxmazlığı, cəsurluğu yetişən gənc nəsilin milli vətənpərvərlik ruhunda böyüməsinə bir nümunə olacaqdır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir