70 yaşı tamam olan Əli Məsimli-“ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF OLUNDU

Baş səhifə

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Əhməd oğlu Məsimli “Şöhrət” ordeni ilə təltif edilib.

102info.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Əli Məsimli 114 saylı Şəki kənd birinci dairəsinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavinidir.

Onu da qeyd edək ki, sabah Əli Məsimlinin 70 yaşı tamam olur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir