Yol kənarlarına maarifləndirici lövhələr quraşdırıldı.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə paytaxt Bakı ilə yanaşı, regionları birləşdirən əsas yolların kənarlarına yol hərəkəti təhlükəsizliyinə dair təbliğat xarakterli lövhələr quraşdırılıb. Həmin lövhələrdə sürət həddinin aşılmasına, yorğun və yuxusuz halda avtomobil idarə etməyin təhlükəli olmasına, piyadalar və velosipedçilərə qarşı diqqətli olmağa dair çağırışlar əks olunub.
Maarifləndirici lövhələrdə sürücülərin həyat və təhlükəsizliyi üçün nəzərdə tutulmuş ifadələr və fotoşəkillər yer alıb.
www.102info.az
