Yevlax RPŞ-nin təşkilatçılığı ilə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib

Daxili İşlər Nazirliyi Tədbirlər

Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 4 saylı tam orta məktəbində şagirdlərlə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Yevlax RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün törətdiyi təhlükələrdən, eləcə də narkotik vasitələrdən yaranan asılılığın dəhşətlərindən, istər insan şəxsiyyətinə, istərsə də onların öz ailələrinə, cəmiyyətə vurduğu zərbələrdən danışıb. Şagirdlərə bu kimi zərərli vərdişlərdən uzaq olmaq, işıqlı fikirlərlə yaşayıb, təhsildə, idmanda yüksək nəticələr əldə etmək, layiqli vətəndaş kimi yaşamaq tövsiyə olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir