Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi ulu öndər Heydər Əliyevin strateji islahatlar kursunun layiqli davam¬çısı kimi görməsi, əslində, bir sıra reallıqlarla şərtlənirdi. Belə ki, Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi bütün dünyada məşhur bir ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnən, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı təcrübi vərdişlərlə zənginləşdirərək təcrübəli, peşəkar dövlət adamı kimi formalaşan cənab İlham Əliyevin yüksək intel¬lekti, istedadı, şəxsiyyəti, dövlətçilik təfəkkürü ümumi vəhdət təşkil edir.
İndi, üzərindən 19 il keçdikdən sonra geridə qalan dövrə boylananda, təkcə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyalarının praktiki nəticələrini nəzərdən keçirəndə və təhlil edəndə tarixən zəngin dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının nə qədər doğru seçim etdiyi bir daha təsdiqlənir.
Məhz cənab İlham Əliyevin gərgin fəaliyyəti və uğurlu siyasəti nəticəsində qazanılan bu nailiyyətlərdən cəmiyyətin bütün üzvlərinə pay düşür. XXI əsrin başlanğıcında dünyada çox böyük dəyişikliklər baş verib.
Zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan XX əsrin sonlarında yenidən müstəqillik əldə etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdi¬yi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi, ölkəmizin beynəlxalq mövqeyi gücləndi. Digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırıldı. Yeri gəlmişkən, Azərbaycan Respublikası işğal¬çı dövlətin – Ermənistanın hərbi təcavüzünə məruz qaldığından yaranmış mürəkkəb şəraitdə milli ordu quruculuğu müstəqilliyin qo¬runmasının əsas amillərindən birinə çevrilib.
İlham Əliyev ordu quruculuğu sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirərək deyirdi: “Ordu qu¬ruculuğu sahəsində Azərbaycanda böyük addımlar atılıb və bu iş davam etdirilməkdədir”.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Ancaq bu tarixi zəfər heç də tam olaraq 44 gün ərzində ərzində qazanılmamışdı. Ötən müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almışdı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülmüşdü.
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Dövlət başçısının vurğuladığı kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın nümayişi tarixi hadisədir. Zəfər paradında 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış və Şuşanın azad olunması zaman qaldırılan bayraqların gətirilməsi Azərbaycan xalqını ayrıca qürurlandırdı.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.
Beləliklə, bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımızının qətiyyətliyini, rəşadətli Azərbaycan Ordusunun, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımızının cəsarətini bütün dünya gördü. Bununlada, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.
Ramilə Seyidova
YAP Siyəzən rayon təşkilatının sədr müavini
www.102info.az
