Siyasi partiyalar haqqında yeni qanun ölkəmizin siyasisi sisteminin dayağıdır.
Uzun müddətdir ölkənin siyasi həyatında gündəm olan “Siyasi partiyalar haqqında” qanun layihəsi dekabrın 16-da Milli Məclisdə 3-cü oxunuşdan sonra qəbul edildi. Qeyd edim ki bununla bağlı parlamentdə təmsil olunan partiya nümayəndələri “Siyasi partiyalar haqqında qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət etmişdilər. Bu təklif Milli Məclisin sədri tərəfindən dəstəklənib və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verilmişdir. Bununla əlaqədar parlamentin müvafiq komitə və komissiyalarında ölkəmizin siyasi mənzərəsinin və dünya düzəninin yeni çağırışlarına cavab verəcək qanun layihəsinin üzərində gərgin və keyfiyyətli işlər başlamışdır. 47 siyasi partiyadan 250 dən çox qəbul olunmuş rəylər və təkliflər geniş ictimai müzakirələrdən öyrənilmiş, partiya təmsilçilərinin və qeyri hökumət təşkilatlarının birgə iştirakı ilə parlamentdə dinləmələr keçirilmiş, mətbuatda və sosial şəbəkələrdə müzakirələrdə olunan təkliflərdə nəzərə alınaraq yəni və mütərəqqi qanun layihəsi qəbul olunması üçün “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə uyğun yeni formada qəbul olunması üçün Parlamentin plenar iclasına tövsiyə edilmişdir.
Siyasi partiyalar haqqında qanun layihəsi 30 il bundan əvvəl qəbul edilmişdir. Bu müddət ərzində Azərbaycanda bir çox dəyişikliklər baş vermişdir. Ölkəmiz dünyanın müasir inkişaf tempinə tam adekvat cavab verən istər siyasi istərsə də iqtisadi beynəlxalq münasibətlər sistemində öz sözünü deyən bir ölkəyə çevrilmişdir. Ölkəmiz həm də bu 30 ildə qalib dövlət statusunu əldə etmişdir ki bu da eyni zamanda ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmlətmişdir. Bütün bu hallar təbii ki yeni siyasi konfiqurasiyanın yaranmasını və “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasını şərtləndirmişdir. Yeni qanun layihəsi hazırlanarkən bir çox inkişaf etmiş Avropa ölkələrindəki bu sahədəki təcrübələr öyrənilmiş, milli mənəvi dəyərlərin qorunub saxlanılması təmin olunmuş həmçinin Venesiya komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri də tam nəzərdən keçirilmişdir. Bu təcrübələri öyrənərkən aydın olmuşdur ki bu illər ərzində Avropa ölkələrindəki siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib və bu sahədə olan təcrübənin Azərbaycan qanunvericiliyində tətbiqi zəruridir. “Siyasi partiyalar haqqında “bu kontekst xüsusilə nəzərə alınaraq yeni qanun layihəsində siyasi partiya anlayışı, partiyanın təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələbləri, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlərin tam aydın göstərilməsini təmin etmiş bir qanun layihəsidir.
Odur ki, tam əminliklə deyə bilərik ki, yeni qəbul olunmuş “siyasi partiyalar haqqında” qanun ölkəmizin demokratik dəyərlərə sadiqliyini özündə bir daha əks etdirən və ölkəmizin yeni siyasi konfiqurasiyasının tələblərinə cavab verən və ən əsası da ölkədəki bütün siyasi sistemi əhatə edən partiyaların tələblərinə cavab verən mütərəqqi bir qanundur.
İlham Məmmədov
Milli məclisin deputatı
www.102info.az
