Şərqi Zəngəzur Regional Təhsil idarəsi Vətən müharibəsi şəhidi leytenant Siyavuş Akif oğlu Muradovun anım tədbiri keçirilib

Qəhraman vətən oğlulları Tədbirlər Təhsil

Şərqi Zəngəzur Regional Təhsil idarəsi Kəlbəcər rayon 84 saylı tam orta məktəbində Vətən müharibəsi şəhidi leytenant Siyavuş Akif oğlu Muradovun anım tədbiri keçirilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, cənab prezidentin həyata keçirdiyi sosial layihələrdən danışdı. Həbib Misirov bildirdi ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Məktəbin direktoru, şəhid başçısı Həqiqət Məmişova bildirdi ki,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, Şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Respublikası Şəhid Aılələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev, Azərbaycan RespublikasıVətən Müharibəsi Veteranları ictimai birliyinin Sabuncu rayon şöbəsinin müdiri Ramiz Musayev və digərləri çıxışlarında bildirdilər ki,bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir.
Şəhidin anası Ayna Muradova ailəsi adından çıxış edərək, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya, hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və I Vitse Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi. Şəhidin ailəsinə YAP Kəlbəcər rayon təşkilatının Fəxri Fərmanı təqdim edildi. Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı Cəmiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən Həbib Misirov və Həqiqət Məmişova diplomla təltif edildi.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Siyavuş Akif oğlu Muradov 5 avqust 1991-ci ildə Beyləqan şəhərində anadan olub.
Azərbaycan Ordusunun leytenantı olan Siyavuş Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyavuş Muradov oktyabrın 25-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Siyavuş Muradov ölümündən sonra “Vətən uğrunda” medalı, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir