Qəbələdə erkən nikahın fəsadları ilə bağlı müzakirə aparıldı – FOTO

Cəmiyyət

Qəbələdə “Yeniyetmələr arasında erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda müzakirə və diskussiya aparılıb, valideyn və yeniyetmələrin bu istiamətdə maarifləndirilməsi üçün işçi qruplar yaradılıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Qəbələ rayon gənclər və idman idarəsindən məlumat verilib.

Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Qəbələ uşaq və ailələrə dəstək Mərkəzində keçirilən dəyirmi masada Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, Qəbələ qeydiyyat şöbəsinin rəisi Zinyət Bağırova, Qızıl Aypara Cəmiyyəti Qəbələ rayon bölməsinin sədri Sədaqət Bayramova, Qəbələ ailə və uşaqlara dəstək mərkəzinin direktoru Günel Ağayeva çıxış edib.
Bildirilib ki, erkən nikahların xüsusən yeniyetmə qızların təhsildən yayınması və onların təhsil hüququnun pozulması ilə müşahidə edilir.

Bu baxımdan bu faktları aradan qaldırmaq üçün dövlət orqanları kimi ictimaiyyətin, həmçinin ağsaqqal və din xadimlərinin də üzərinə böyük vəzifələr düşür.

Vurğulanıb ki, erkən yaşda nikaha daxil olmaq sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir və bu neqativ hal bizim ölkədən də yan keçməyib. Məhz bu baxımdan bu haqda insanlara düzgün məlumatlar çatdırılmasının vacibliyi qeyd edilib.

Çıxışlarda qohumlar arasında bağlanan nikahlara da toxunaraq bildirilib ki, bu cür nikahlar irsi xəstəliklər başda olmaqla bir çox mənfi fəsadların yaranmasına səbəb olur.

Tədbirin sonunda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir