Ölkəmizə külli miqdarda narkotik vasitələr keçirmək
istəyən İran İslam Respublikasının vətəndaşları saxlanılıblar

BNMİ Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Ölkəmizə külli miqdarda narkotik vasitələr keçirmək
istəyən İran İslam Respublikasının vətəndaşları saxlanılıblar.

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar. Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir