Nəsimi rayonunda polis əməkdaşlarının məktəblilərlə daha bir görüşü keçirilib

BNMİ Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Nəsimi Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən 5 nömrəli orta məktəbdə “Azərbaycan gəncləri narkotikə yox deyir!”, “ Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti” mövzularında maarifləndirici görüş keçirilib. Görüşdə Səhiyyə Nazirliyinin, rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, nümayəndələri, məktəbin pedaqoji heyəti, yuxarı sinif şagirdləri və polis veteranları iştirak ediblər. Çıxış edən Nəsimi RPİ-nin rəisi, polis polkovniki Mirnemət Mirbabayev şagirdlərə narkotikin insanlara vurduğu maddi-mənəvi ziyan, bu bəlanın fəsadları haqqında, polisin narkotiklərlə mübarizə sahəsində həyata keçirdiyi əməliyyatlar barədə məlumat verib.

Tədbirdə mövzü ətrafında digər qonaqlar da çıxışlar ediblər. Görüşdə şagirdlər polis əməkdaşlarına narkotiklərdən uzaq olmaq üçün onları maraqlandıran suallar ünvanlayıblar.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir