Narkomaniya təkcə ayrı-ayrı fərdlərin sağlamlığına və həyat tərzinə deyil, ümumilikdə genefonda, iqtisadiyyata və cəmiyyətin bütün sahələrinə mənfi təsir göstərən bəladır. Eyni zamanda çox mürəkkəb və sağalmaz fəsadlara səbəb olan bəşəri bir problemdir. Bu fikirlər Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Köçəkli kənd tam orta məktəbində şagirdlərlə keçirilən görüşdə səsləndirilib.
Çıxış edən Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev bildirib ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd yeniyetmə və gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. Şöbə rəisi dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.
Sonra narkomaniyanın zərərli təsirləri barədə videoçarx izlənilib və mövzu ətrafında çıxışlar dinlənilib.



www.102info.az