Lənkəran RPŞ-nin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib

Daxili İşlər Nazirliyi Tədbirlər

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Haftoni qəsəbə tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.

Lənkəran ŞPRŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Anar Həbibzadə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizədən, əldə olunan nəticələrdən danışıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Sonra mövzu ətrafında çıxışlar dinlənilib və məktəblilərin sualları cavablandırılıb. Narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirlər barədə videoçarx izlənilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir