Kəlbəcər RİH-nin başçısı Azər Qocayev şəhidlərin məzarlarını və ailə üzvlərini ziyarət edib

Baş səhifə

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Orucov Nemət Əkbər oğlunun, şəhid leytenant Şirinov Ömər Muğan oğlunun məzarlarını və ailə üzvlərini ziyarət edib.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Goranboy rayonu Zeyvə kənd qəbirstanlığında dəfn edilən 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş Orucov Nemət Əkbər oğlunun və sentyabrın 12-si gecə, 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan leytenant Şirinov Ömər Muğan oğlunun məzarlarını ziyarət edib.
Ziyarətdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edib.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Daha sonra Goranboy rayonu, Qaraçinar kəndində müvəqqəti məskunlaşan şəhid Orucov Nemət Əkbər oğlunun ailəsi ziyarət olunub.
RİH başçısı Azər Qocayev şəhid Orucov Nemət Əkbər oğlunun ailəsi ilə görüşdə qeyd edib ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. O cümlədən də, şəhid Orucov Nemət Əkbər oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Daha sonra Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Kəlbəcər rayonunda daim ehtiramla anılır. Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olurlar.

Allah bütün şəhidlərimizə rəhmət etsin !

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir