Kəbəcər RİH-nin və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

İCRA HAKİMYYƏTİ Sosial Tədbirlər

Kəbəcər rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Kəbəcər rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Kəbəcər rayon İcra Hakimiyyətində anım mərasimi keçirilib.Mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyaraq, büstün önündə baş əymiş və Ulu Öndərə dərin ehtiramını bildirmişdir.Daha sonra tədbir iştirakçıları da, Ulu Öndərin büstünü ziyarət edərək, büstü önünə gül dəstləri düzüb, fenomen şəxsiyyətə hörmət və ehtiramlarını ifadə ediblər.
Anım mərasimində, Dövlət himni səsləndirilmiş, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.Daha sonra çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dahi şəxsiyyət, əvəzolunmaz lider, xalqının inamını və sevgisini qazanmış Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız üçün misilsiz xidmətlərindən söz açaraq qeyd etmişdir ki, ölkəmizin müasir tarixinin bütöv bir mərhələsinin Ümummilli Liderin adı ilə bağlıdır.Çıxış edən Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və digər natiqlər dahi şəxsiyyət, uzaqgörən lider Heydər Əliyevin 1969-1982-ci ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirdiyini vurğulayaraq qeyd etmişdirlər ki, çətin bir şəraitdə, 1993-cü ildə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı dağılmaqdan və müstəqilliyini yenidən itirməkdən ümummilli lider Heydər Əliyev xilas edib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz iradəsi, balanslaşdırılmış xarici və daxili siaysəti məhv olmaq təhlülkəsi ilə üzləşən ölkəni fəlakətdən qurtardı.
Eyni zamanda diqqətə çatdırılıb ki, Heydər Əliyevin 1993-cü ildə xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub və xarici siyasət sahəsində də müsbət dəyişikliklər edilib.Ölkəmizin hərtərəfli inkişafında yeni imkanlar yaradılıb, məhz bu siyasətin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən müharibəsində mütləq tarixi Qələbə qazanıb və ərazi bütövlüyümüzü təmin edilib.
Xalqımız Azərbaycanın xilaskarı, müasir Azərbaycanın memarı və qurucusu,türk dünyasının böyük oğlu,dünya şöhrətli siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini heç vaxt unutmayacaq. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və öndər kimi daim qalacaqdır.
Allah rəhmət eləsin, ruhu şad olsun!

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir