DYP postlarında xidmət aparan əməkdaşlar tərəfindən avtobus və mikroavtobusların sürücüləri ilə profilaktiki söhbətlər aparılmışdır

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

DYP postlarında xidmət aparan əməkdaşlar tərəfindən avtobus və mikroavtobusların sürücüləri ilə profilaktiki söhbətlər aparılmışdır.

Sərnişin daşınması ilə məşğul olan avtobus və mikroavtobusların sürücüləri YPX əməkdaşları tərəfindən saxlanılaraq hava şəraiti barədə onlara müvafiq məlumatlar verilmiş, yollarda ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə ciddi riayət etmələri, sürət həddini hava şəraitinə uyğun seçmələri tövsiyə edilmiş, nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılmışdır. Eyni zamanda dumanla hava şəraiti müşahidə edilən, görünmə zonası məhdud olan yollarda duman olan hissə qurtaranana qədər nəqliyyat vasitələri patrul avtomobillərinin müşaiəti ilə aparılmışdır.                    
Qeyri-sabit hava şəraitinin davam edəcəyi müddət ərzində bu tədbirlər mütamədi olaraq davam etdiriləcəkdir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir