DİN-in Mətbuat Xidmətinin Məlumatı

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

❗Yol-nəqliyyat hadisələri

Dekabrın 24-də saat 7 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Abşeron rayon sakini H.Baxşəliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən qəsəbə sakini M.Hümbətovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
***
Dekabrın 24-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini C.Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən T.Əliyevanı və nəvəsi Tunarı vurub. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, Tunar orada ölüb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
***
Dekabrın 25-də saat 8 radələrində Xızı rayonunun Məşədihəsən kəndi ərazisində Quba rayon sakini Ş.Qafarov idarə etdiyi “Ford Transit” markalı avtomobili beton maneəyə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Dekabrın 25-də saat 16 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində Bakı şəhər sakinləri S.Hacıyevin idarə etdiyi “Honda” və Q.İsmayılovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Q.İsmayılov və “Honda” markalı avtomobildə olan sərnişin, Laçın rayon sakini N.Nağıyev orada ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
***
Dekabrın 25-də saat 19 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yolu keçən rayon sakini A.Vəlibəyov müəyyən edilməyən avtomobillə vurulub və hadisə yerində ölüb.
Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Dekabrın 25-də saat 19 radələrində Astara rayonunun Pensər kəndi ərazisində rayon sakini V.İbadova idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarı ilə gedən rayon sakini A.Quliyevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Dekabrın 25-də saat 22 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Balakən rayon sakini R.Qınçıyev idarə etdiyi “Ford-tranzit” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə “Ford-tranzit” markalı avtomobildə olan sərnişin E.Kərimov xəstəxanaya yerləşdirilib və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir