Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bakı Beynəlxalq Avtovağzal Kompleksində görüş keçirildi

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bakı Beynəlxalq Avtovağzal Kompleksində görüş keçirildi


Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzal Kompleksində sürücü və sərnişinlərlə görüş keçirib. Avtovağzal kompleksinin rəhbərliyi ilə birgə təşkil olunmuş tədbirdə Baş DYP İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli, həmin şöbənin inspektoru, polis leytenantı Elvin Hacıyev və YPX Alayının qərargahının inspektoru, polis mayoru Səbuhi Məmmədov iştirak edib.

Görüş zamanı sərnişindaşıma fəaliyyəti kimi məsuliyyətli sahədə çalışan sürücülərə hüquq və vəzifələri haqda bir daha məlumat verilib, bununla yanaşı səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, eləcə də iş və istirahətət rejiminə əməl olunması kimi vacib məsələlərin nəzarətdə saxlanılması istiqamətində təbliğat-təşviqat işi aparılıb, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Görüşdə qaldırılan məsələlər üzrə nəzarətin gücləndirildiyini vurğulayan avtovağzal rəhbərliyi, eləcə də tədbirə qatılan sürücü və sərnişinlər yol polisi ilə birgə əməkdaşlığın hər zaman faydalı olduğunu bildirmişlər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir