Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 3 saylı tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Çıxış edən Bərdə RPŞ-nin rəisi, polis polkovniki Ənvər Həsənov narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin sağlamlığına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışıb, psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edib. Bildirib ki, bu bəladan gənclərimizi qorumaq üçün hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir
Daha sonra çıxış edənlər narkomaniyanın təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də ümumilikdə bəşəriyyətin gələcəyi üçün təhlükəyə yaratdığını qeyd ediblər, gəncləri bu bəladan uzaq olmağa çağırıblar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


www.102info.az