Azərbaycan heç bir ölkə ilə Qarabağdan danışmayacaq

Baş səhifə

Prezident İlham Əliyevin ADA Univeristetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında səsləndirdiyi məsələlər mühüm əhəmiyyət kəsb edir. Bu eyni zamanda növbəti strateji hədəflər üçün bir yol xəritəsi hesab edilir. Azərbaycan bütün tərəfdaşları ilə daimi olaraq sıx münasibətlər fonunda qarşılıqlı maraq doğuran məsələlər istiqamətində fəaliyyət göstərir.

Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, ölkəmizin Avropa İttifaqı ilə əlaqələri də xarici siyasətin prioritetlərindən hesab edilir: “Avropa İttifaqı ölkəmizin mühüm tərəfdaşıdır. Artıq Aİ-ı ilə Azərbaycan arasında vacib yeni razılaşmanın mühüm səviyyəsi formalaşır. Şərq Tərəfdaşlığının bəzi digər ölkələrindən fərqli olaraq Azərbaycan assosiasiya razılaşmasını imzalamayıb. Şərq Tərəfdaşlığının altı üzv dövlətin hər birinin fərqli geosiyasi prioritetləri, fərqli coğrafiyası var”.

Deputat hesab edir ki, Azərbaycan Avropa İttifaqının vasitəçiliyini dəstəkləyir: “Çünki Ermənistanla müəyyən razılıqların əldə olunması üçün bu cür təsisata ehtiyac var. Bütün bunların fonunda II Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlarla Qarabağla bağlı hansısa danışıqların aparılması mümkün ola bilər. Sözsüz ki, bu qətiyyən mümkün deyil. Azərbaycan heç bir ölkə ilə Qarabağdan danışmayacaq. Çünki Qarabağ münaqişəsi həll olunub. Orada olan proseslər isə Azərbaycanın daxili işidir”. Aqil Məmmədov Praqa bəyanatına diqqət çəkərək burada əldə edilmiş razılaşmanın mahiyyətindən bəhs edib: “Burada keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilib. Bu o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz. Praqa görüşünün nəticəsi bu mənada Azərbaycan üçün uğurlu idi. Bu görüşün nəticəsi olaraq Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan edib. Məhz bu səbəbdən də Avropa İttifaqı formatına qayıtmaq vacib amil kimi önə çıxırdı”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir