Astarada polis məktəblilərlə maarifləndirici görüş keçirib

Daxili İşlər Nazirliyi Tədbirlər

Astarada polis məktəblilərlə maarifləndirici görüş keçirib

Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Vaqo kənd tam orta məktəbində “Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda tədbir təşkil olunub.

Çıxış edən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərov bildirib ki, narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir. Son illər Respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli gücləndirlib, sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq və digər neqativ halların profilaktikası məqsədilə müxtəlif kollektivlər qarşısında o cümlədən, məktəblərdə görüşlər, müsabiqələr və digər tədbirlər keçirilməkdədir. Bu kimi tədbirlərin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, qanunazidd əməllərin qarşısını almaq, məktəbliləri sağlam həyat tərzinə daha da həvəsləndirməkdir.
Sonra Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Mərkəzi Rayon Xəstəxanasının direktoru Oktay Əmənullayev və digərləri müzakirə olunan mövzular ətrafında çıxışlar ediblər və narkomaniya bəlasının acı nəticələri, erkən nikahların fəsadları barədə məktəblilərə ətraflı məlumat veriblər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir