Yardımlıda antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş keçirilib

BNMİ Daxili İşlər Nazirliyi

Yardımlıda antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş keçirilib.

Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Çayüzü kənd tam orta məktəbində “Narkomaniyasız gələcək!” mövzusunda keçirilən maarifləndirici görüşdə tədbir iştirakçıları əvvəlcə narkotik vasitələrin cəmiyyətə və insan orqanizminə vurduğu zərərli təsirləri əks etdirən videoçarxı izləyiblər. Çıxış edən Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Arif Babayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən bəhs edib.
Sonra çıxış edən Rayon Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara Regional Təhsil idarəsinin və digər qurumların əməkdaşları erkən nikah və dini radikalizmin mənfi təsirləri və nəticələri barədə məktəblilərə məlumat veriblər, onları zərərli vərdişlərdən uzaq olmağa, təhsilə və sağlam həyat tərzinə daha həvəslə yanaşmağa çağırıblar.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir