Gənc liderlər və təşəbbüs qruplarının rəhbərləri üçün “Payız məktəbi”nə start verilib

Cəmiyyət

AZƏRTAC

Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Mingəçevirdə keçirilmiş gənc liderlər və təşəbbüs qruplarının rəhbərləri üçün “Payız məktəbi”nə start verilib.
“Davam” Gənclər Hərəkatından AZƏRTAC- a bildiriblər ki, məqsəd gənc liderlər və təşəbbüs qruplarının rəhbərlərinin üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi və şəbəkələşmə prosesinə töhfə verilməsidir.
Layihədə Davamlı İnkişaf Xidmətinin fəaliyyətində aktiv rol alan gənc liderlər və Hərəkatla əməkdaşlıq edən təşəbbüs qruplarının rəhbərləri olmaqla ümumilikdə 100 gənc iştirak edir.
Davamlı İnkişaf Xidməti “Davam” Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən mərkəz və klublar şəbəkəsini özündə birləşdirən çətir struktur vahididir.
Gənc liderlər və təşəbbüs qruplarının rəhbərləri üçün “Payız məktəbi” noyabrın 24-də səhər saatlarında layihə iştirakçılarının Mingəçevirdəki “Kür Hotel”ə doğru yola düşməsi ilə start götürüb.
Noyabrın 25-də gənc liderlər və təşəbbüs qruplarının rəhbərləri üçün “Payız məktəbi”nin açılış mərasimi keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb.
Mərasimdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, təşkilat komitəsinin nümayəndələri, gənc liderlər və təşəbbüs qruplarının rəhbərləri iştirak ediblər.
Tədbirin əvvəlində qonaqlar və layihə iştirakçıları ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Himni canlı şəkildə ifa olunub, ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
“Payız məktəbi”nin proqramına əsasən, Milli Məclisin deputatı Məşhur Məmmədovun iştirakı ilə “Ölkə iqtisadiyyatının şaxələndirilməsində gənclərin rolu və müasir məşğulluq trendləri” mövzusunda panel müzakirəsi, “İZ” Gənclər Təşkilatının təsisçisi, təlimçi Natiq Xəlilovun təqdimatında “Gənc liderlərin komanda quruculuğunda rolu” və NLP master-coach Gülşad Hüseynova ilə “Gənc liderlər üçün neuro linqivistik proqramlaşdırma bacarıqları” mövzularında təlimlər olub və layihə iştirakçıları ilə fikir mübadiləsi aparılıb.
Gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə “Consensus Intellectual Center”in rəhbəri Azad Manaflının moderatorluğu ilə “Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutub.
“Payız məktəbi” hər günün sonu mədəni-kütləvi tədbirlərlə yekunlaşıb.
Gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli və maraqlı anlar yaşanıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir