DİN-nin Polis Akademiyasının təşkilatçılığı ilə Ağdam rayonunda yerləşən Muğam mərkəzində rayondakı ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri ilə görüş keçirilib

Daxili İşlər Nazirliyi Tədbirlər

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Ağdam rayonunda yerləşən Muğam mərkəzində rayondakı ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri ilə görüş keçirilib.

Görüş zamanı şagirdlərə ölkəmizdə sabitliyin, asayişin təmin olunmasında, hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədəkar xidməti haqqında ətraflı məlumat verilib. Sıralarımıza qatılmaq arzusunda olan gənclərə sağlam həyat tərzi keçirmələri, dərslərini yaxşı oxumaları tövsiyə edilib. Polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb. Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında da geniş məlumat verilib.

Tədbirlərin sonunda məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir