BDU-da “Kəlbəcər günü”

Baş səhifə

Bakı Dövlət Universitetində (BDU) “BDU Könüllüləri”nin təşkilatçılığı ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsinin ikinci ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Giriş sözü ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, 25 noyabr xalqımızın taleyində əlamətdar günlərdən biridir. 2020-ci ilin 25 noyabrında Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Kəlbəcər rayonu işğaldan azad edilib: “İşğal altında olan rayonlarımızın ərazicə ən böyüyü olan Kəlbəcərin azad edilməsi Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbələrdəndir”. Milli Məclisin deputatı Aqil Məmmədov isə bildirib ki, Kəlbəcər rayonunun işğaldan azad edilməsi ölkəmizin həm diplomatik, həm də hərbi qüdrətinin göstəricisidir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz elə bir reallıq yaratmışdı ki, ermənilər üçün təslimçilik sənədinə imza atmamaq, Kəlbəcəri tərk etməmək heç cür mümkün deyildi. Çünki istənilən halda Ordumuz Kəlbəcəri, Ağdamı, Laçını azad edəcəkdi”. Millət vəkili eyni zamanda hazırda Qarabağda, Kəlbəcərdə aparılan quruculuq işlərindən danışıb, ölkə başçısı tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı”nın (2022-2026-cı illər) əhəmiyyətini vurğulayıb.

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd edib ki, 2020-ci ilin 25 noyabrında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcər rayonu işğaldan azad edilib. Təşkilat sədri qeyd edib ki, bu günlər Ulu öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası özünün 30 illik şanlı yubileyini məhz qazandığımız tarixi qələbə nəticəsində zəfər partiyası kimi qeyd edir. O vurğulayıb ki, ölkə başçısının liderliyi ilə Azərbaycanı daha böyük qələbələr, zəfərlər gözləyir.

Əməkdar jurnalist Elşad Eyvazlı, jurnalist Tural Kəlbəcərli, BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov, Tarix fakültəsinin əməkdaşı Anar Cəfərov çıxışlarında qəhrəman Ordumuzun 44 gün boyunca yazdığı Zəfər salnaməsindən, tarixi qələbədən sonra davam edən diplomatik qələbələrimizdən bəhs ediblər.

Sonda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş videoçarx nümayiş olunub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir