Bərdə RPŞ-nin təşkilatçılığı ilə rayon 5 saylı tam orta məktəbdə narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib

Daxili İşlər Nazirliyi Tədbirlər

Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon 5 saylı tam orta məktəbdə narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Bərdə RPŞ-nin rəisi, polis polkovniki Ənvər Həsənov və digərləri narkotik vasitələrin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükələrdən bəhs edib. Narkomaniyaya qurşananların bu bəladan uzaqlaşmaqda çətinlik çəkdiyi, bir çox insanın yaşadığı acı sonluq diqqətə çatdırılıb. Şagirdlərə gələcəkdə mükəmməl təhsilə yiyələnərək xalqımız, dövlətimiz üçün faydalı fərdlər kimi yetişmələri istiqamətində tövsiyələr verilib. Daha sonra diskussiya şəraitində davam etdirilən tədbirdə mövzu ətrafında şagirdlərin ünvanladığı bütün suallar cavablandırılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir