Azərbaycan Respubilkasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət

Baş səhifə

Azərbaycan Respubilkasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
Kəlbəcər rayonundan məcburi köçkün, Goranboy rayonunda müvəqqəti məskunlaşmış ( AZE N AA1962951)Nəbiyev Tural Bahadur oğlu tərəfindən
ƏRİZƏ
Məlum edirəm ki, mən bir tərəqqipərvər vətəndaş kimi Azərbaycan Polisinin dövlətimizin, dövlətçiliyimizin qorunması və möhkəmlənməsi naminə yüksək qiymətləndirmişəm, daxili işlər orqanlarının təqdirəlayiq fəaliyyətini bir jurnalist kimi baş redaktoru olduğum “102info.az” veb-saytında və “102-ci qəzet”də mütəmadi olaraq işıqlandırmış, KİV-in imkanlarından istifadə edərək, cinayətkarlığın bütün növ təzahürlərinə qarşı mübarizə müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış etməyə çalışmışam.
Cənab Nazir, mən 2005-ci ildə Süleymanova Elmira Məmməd qızı (AZE N 15638117) ilə nigahla ailə həyatı qurdum və bir müddət rayonda yaşadım. Daha sonra Bakı şəhərinə gəldik, bu evlilikdən iki övladım dünyaya gəldi (Nəbili Tunar Tural oğlu; 09.08.2007, AZE № 18095201) və (Nəbili Nazlı Tural qızı; 06.09.2009 AZE № 12255969). Bir müddət Bakı şəhəri Binəqədi rayonunda yaşadıq, orda olduğumuz müddət yaşadığımız məhləyə “ASAN Xidmət” əməkdaşları gəldilər. Həyat yoldaşımla yaxınlaşdıq, uşaqlara şəxsiyyət vəsiqəsi almaq niyyəti ilə hər ikimiz şəxsiyyət vəsiqəmizi təqdim elədik. Mən onlara məcburi köçkün olduğumu dedim. Mənə dedilər ki, “siz məcburi köçkün olduğunuz üçün sizin ünvana yaza bilmirik, gəlin, ananın ünvanına yazaq, gələcəkdə şəkilli vəsiqə alanda öz ünvanınıza yazdırarsız”. Belə də etdilər…
Övladlarım anadan olduqları gündən bu günə kimi Kəlbəcər rayon qeydiyatındadırlar. Oğlum Səfərbərlik və Hərbi Xidmətə Çağılrış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində qeydiyyatdadır və potensial çağırışçıdır. İndi övladlarımın şəxsiyyət vəsiqəsini dəyişdirib öz yaşayış ünvanıma yazdıra bilmirəm. Odur ki, Sizdən xahiş edirəm, mənə köməklik göstərəsiniz.
İmza: T. B.Nəbiyev
Tarix: 16.11.2022
Əlaqə: Tel.:050 212 26 32

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir