Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib – Millət vəkili

Baş səhifə

“Azərbaycan Prezidentinin Albaniyaya səfəri iki ölkə arasında yeni səhifənin başlanğıcı oldu.  Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi  çox yüksək qiymətləndiririk”.

Prezident İlham Əliyevin Albaniyaya səfəri haqqında danışan Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, ölkə başçısı səfəri zamanı mətbuata verdiyi bəyanatda Azərbaycanın bir sıra məsələlər üzrə mövqeyini qəti şəkildə bəyan edib: “Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır”.

A.Məmmədovun sözlərinə görə uzun illər beynəlxalq təpkidən, təzyiqdən kənarda qalan Ermənistan işğalçı siyasətin davam etdirib: “BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi. Beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilmədi. Ermənistan isə işğalını davam etdirirdi. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan – inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir