“8 Noyabr – Zəfər Günü” münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində ümumrayon tədbiri keçirilmişdir

İCRA HAKİMYYƏTİ Tədbirlər

“8 Noyabr – Zəfər Günü” münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri və kollektivləri, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, din xadimləri və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Əvvəlcə Quba rayon Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunmuş, onların ruhuna dualar oxunmuş, daha sonra isə tədbirin rəsmi hissəsi başlanmışdır. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Zəfər Günü münasibətilə rayon ictimaiyyətini təbrik etmiş, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı Qələbə nəticəsində tarixi ədalətin bərpa olunduğunu bildirmişdir. Zəfərin əldə edilməsində müstəsna əməyi olmuş şəhidlərimizin əziz xatirələrinə dərin ehtiramını vurğulamış, ölkə rəhbərliyinin və rayon rəhbərliyinin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğını qeyd etmişdir.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra, rayonumuzun və respublikamızın tanınmış incəsənət ifaçıları musiqi nömrələri ilə çıxışlar etmiş, sonda “Quba Meydanı” mədəniyyət və istirahət parkında atəşfəşanlıq təşkil olunmuşdur.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir