Vətən Müharibəsi şəhidi Muxtarov Taleh Həşim oğlunun anım günü keçirilib. 7 oktyabr 2022-ci il tarixində Goronboy rayonun Xanqərvənd kəndində Vətən müharibəsi şəhidi əslən Kəlbəcər rayonundan olan Muxtarov Taleh Həşim oğlunun anım günü tədbiri keçirilib. Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcəy rayon İcra Hakimiyyətinin Vətən muharibəsi istirakcilari və şəhid ailələri ilə isin təskili şobəsinin mudiri Tural Oruczadə, Kəlbəcər rayon Caykənd kəndi üzrə icra nümayəndəsi İsmayıl Verdiyev, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Kəlbəcər rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti leytenant Cavid Kazımov, Şəhidin ailə üzvləri və ictimaiyyətin mümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Goronboy rayonun Xan Qərvənd kəndində şəhidin məzarını ziyarət edib üzərinə, gül dəstələri düzdülər. Həbib Misirov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirib. Qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi müzəffər ordumuz ilə 30 il davam edən Ermənistan işğalına cəmi 44 gündə son qoydu. Bu 44 gün ərzində baş verən hadisələrin xronoloji ardıcıllığına diqqət yetirsək, möhtəşəm Qələbənin əldə edilməsinin arxasında şəhidlərimizin, qazilərimizin və veteranlarımızın misilsiz şücaətlərini görəcəyik. Torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı xüsusi qeyd olunmalıdır. Tural Oruczadə cıxış edərək bildirdi ki, Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir”.
Şəhidin ailə üzvüləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Qeyd edək ki, Şəhid Muxtarov Taleh Həşim oğlu 01.12.1985-ci ildə Kəlbəcərdə anadan olub. Vətən müharibəsi başlayandan qardaşı ilə birgə döyüşə yollanan Taleh Muxtarov Tərtər rayonunun Suqovuşan və Talış istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib.
Hələ kiçik yaşlarından doğma yurdunu azad edəcəyini, Birinci Qarabağ müharibəsində itirdiyi əmisinin qisasını alacağını deyirdi. Vətən müharibəsi başlayanda isə qardaşı Tural ilə birgə könüllü döyüşə yollanıb. Anasına sonuncu dəfə zəng vuraraq Kəlbəcərə bayraq asacağına söz verib.
Taleh Muxtarov Tərtər rayonunun Suqovuşan və Talış istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib. Oktyabrın 7- də isə ən uca zirvəyə – şəhidliyə yüksəlib.
Şəhidlik zirvəsinə ucalan Taleh Muxtarov “Vətən uğrunda” və Suqovuşanın medalı ilə təltif edilib. İndi onun Səbinə və Aydan adlı qızları bizə yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Taleh Muxtarov ölümündən sonra “Vətən uğrunda” və Suqovuşanın azad edilməsi medalı ilə təltif edilib.











www.102info.az
