Odda yanmaz Quba polisi

Daxili İşlər Nazirliyi

Odda yanmaz Quba polisi
Bu gün müasirləşmə tendensiyası Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminat yaxşılaşdırılıb, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasının effektivliyini, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.
Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir. Polis vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Xidməti vəzifələrinin öhdəsindən layiqincə gələn qabaqcıl polis dəstələrindən biri də təcrübəli polis zabiti Mehman Əliyevin rəhbərlik etdiyi Quba rayon Polis Şöbəsinin şəxsi heyətidir. Cinayətkarlıqla mübarizə işində qətiyyət göstərən, ictimai asayişin keşiyində möhkəm dayanan Quba polisi narkomaniyaya qarşı mübarizə müstəvisində də səmərəli fəaliyyət keçirir. İl ərzində bir neçə dəfə Quba polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirib, nəticədə narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən ayrı-ayrı şəxslər və qruplar saxlanılıb.
Bundan başqa, Quba polisi gəncləri narkotik vasitələrdən çəkindirmək üçün də maarifləndirici işlər görür. Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun məktəblərində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbirləri keçirilir. Tədbirlərdə RPŞ-nin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri, təhsil müəssisələrinin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak edirlər. Şagirdlərlə görüşlərdə çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru və digər polis zabitləri narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edir, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırırlar. Həmçinin, ötən il ərzində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikası qeyd olunur və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılır. Bir qayda olaraq, tədbirlərin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılır və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilir. Bu sıradan hələlik axırıncı tədbirlər rayonun Dağlı, Alekseyevka kənd məktəblərində, eləcə də 2 saylı şəhər məktəbində təşkil olunub.
Quba polisi 16-22 avqust 2022-ci il tarixlərdə rayon ərazisində baş vermiş yanğınların söndürülməsində, həmin dövrdə ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında da cəsurluq nümayiş etdirmişdir. Bu işdə xüsusilə fərqlənən Quba Rayon Polis Şöbəsinin və Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir qrup əməkdaşı Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən təltif olunmuşlar.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir