HƏDƏFİMİZ SAĞLAM GƏLƏCƏKDİR!
Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər Mədəniyyət Mərkəzində məktəblilərlə “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib.
Əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin cəmiyyətdə səbəb olduğu acı nəticələr və insan orqanizminə vurduğu zərərlər barədə videoçarx izlənilib. Çıxış edən Astara Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Ceyhun Abdulov, Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov və digərləri bəşəriyyət üçün böyük bəla sayılan narkomaniyaya qarşı görülən tədbirlərin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizənin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildiriblər.
Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.


www.102info.az
