DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev

Daxili İşlər Nazirliyi

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev:


Sosial media istifadəçilərinin və jurnalistlərin diqqətinə!

Azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymayın. Bu tövsiyədir, xahişdir. Anlaşılandır ki, bu məlumatları yaymaqda məqsədiniz tədbirlərin görülməsidir.

Hər bir fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görülür, daxil olan məlumatlara çevik reaksiya verilir. Hansısa sual varsa bunu açıq platformada yox, şəxsidə soruşub aydınlaşdıra bilərsiniz.

DİN-in sosial şəbəkə seqmentləri və zəng mərkəzləri fasiləsiz fəaliyyət göstərir. Nazirliyinin növbətçi hissələrinə daxil olan bütün məlumatlar mətbuat xidmətinə fasiləsiz inteqarasiyası təmin olunur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir