Cavid Qurbanovu əvəzləyən 42 yaşlı Rövşən Rüstəmov kimdir?

İqtisadiyyat

Xəbər verdiyimiz kimi, Rövşən Rüstəmov Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.

Bu məqamda 102info.az yeni sədrin bioqrafiyasını təqdim edir:

Rüstəmov Rövşən Mürvət oğlu 1980-ci il oktyabrın 6-da İmişli rayonunun Cəfərli kəndində anadan olub.

O, 1997-2001-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb. Daha sonra həmin Akademiyasda təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

R. Rüstəmov 2004-2012 “Azərpoçt” MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb. Bundan sonra “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində (2012-2014-cü illər) işləyib.

ADY-nin yeni sədri 2014-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

2018-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilib. Üç il sonra – 2021-ci ildə Azərbaycan Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib. Bu gün sözügedən vəzifədən azad olunub.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri Cavid Qurbanov cari ilin mayın 24-ü Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad olunub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir