Bu gün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində maarifləndirici tədbirlər keçiriblər

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Bu gün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində maarifləndirici tədbirlər keçiriblər.

Rayon ərazisində daha çox sıxlığın olduğu məktəblərin ətrafında dayanma-durma qaydalarını pozan sürücülərlə söhbətlər aparılıb.

DYP əməkdaşları yolu təyin olunmayan yerdən keçərək təhlükə yaradan piyadalarla da söhbətlər aparıb. Onlara bunun təhlükəli olduğu izah olunub, eyni zamanda qanunvericiliyin tələbləri barədə məlumat verilib.

Tədbir çərçivəsində qaydalara əməl etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik işlər aparılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir