Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib

Baş səhifə Hüquq

Baş Prokurorluğun yeni inzibati binasında 1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib.Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.
Kamran Əliyev iki il bundan öncə işğal altında torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, rəşadətli ordumuzun igidliyi ilə düşmən işğalından azad edildiyini diqqətə çatdıraraq sentyabrın 27-də “Anım Günü” zamanı Azərbaycan xalqının öz qəhrəman şəhid övladlarına böyük hörmət və ehtiram bəslədiyini bütün dünyaya bir daha nümayiş etdirdiyini vurğulayıb.
Qeyd edilmişdir ki, prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.Vurğulanmışdır ki, prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan vermişdir.Xüsusilə qeyd edilmişdir ki, bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.Baş prokuror çıxışının sonunda əminliklə bildirib ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcəkdir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir