“Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq” İlham Əliyev
Ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə mailkdir.
Bildiyimiz kimi Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.
BMT-nin Məskunlaşma Proqramının tərəfdaş olduğu foruma dünyanın 44 ölkəsindən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox təşkilatçı qatılmışdı.
Həmin Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Bilirik ki, Prezident İlham Əliyevin bu günə qədər verdiyi bütün vədlər artıq reallığa çevrilib. Sözü imzası qədər qüvvətli olan ölkə başçısı İlham Əliyev bu dəfədə arzusunu reallaşdırdı. Forumun ölkəmizdə keçirilməsi çox mühüm siyasi hadisədir. Məhz Ağdam da bu forumun keçirilməsi tarixi və rəmzi mənası vardır. Beləliklə Ağdam böyük bir Foruma evsahibliyi etdi.
Qeyd edək ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da tarixdə misli görünməmiş vandallıq ediblər. Bir vaxtlar şöhrəti ilə tanınan Ağdam şəhəri atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladır. Şəhərdən əsər-əlamət qalmayıb. Ermənilər Ağdamda xalqımızın tarixi-mədəni irsinə qarşı da vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Düşmən Şahbulaq qalasını erməniləşdirməyə çalışıb, tarixə qarşı cinayətkarlıq edib.
Prezident İlham Əliyev də forumdakı dərin məzmunlu nitqində Ağdamın müharibə zamanı deyil, işğal illərində məqsədli şəkildə viran qoyulduğunu vurğulayıb: “Ağdam işğal illərində dağıdılıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb”. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq hərbi-siyasi zəfəri işğaldan azad olunan ərazilərimizə yeni nəfəs verdi. İndi bu torpaqlarda həyat canlanmağa başlayır, qurumuş bulaqlar yenidən çağlayır. Ermənistanın işğal dövründə dağıtdığı, talan etdiyi şəhər və rayonlarımız Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə kompleks şəkildə bərpa olunur, yenidən qurulur.
Dövlər başçısı forumda həmçinin qeyd etdi ki, Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti, bərpa işlərinə başlanılıb. Uzun illər boyu çətin şəraitdə yaşayan məcburu köçkünlərin birinci qrupu öz döğma yurdlarına köçürülüb. Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunur və artıq Böyük Qayıdış proqramının icrasına başlanılıb. “Böyük Qayıdış”ın və quruculuğun ünvanlarından biri də məhz Ağdamdır. Ölkə başçısının dediyi kimi “ruhlar şəhəri” yaxın zamanda cənnətə çevirəcək.
Bütün bunlar azad edilən ərazilərin tezliklə gözəl məkana çevriləcəyi ümidlərini artırır.
Ramilə Seyidova,
Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədr müavini.
www.102info.az
