Yollarda hərəkətin təhlükəsizliyi hər birimizdən asılıdır

Daxili İşlər Nazirliyi Gündəm

Səbail rayonunda dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi ilə bağlı tədbirlər davam etdirilir.

Rayon DYPŞ əməkdaşları qaydalara əməl etməyən sürücülərə qarşı, eyni zamanda yeraltı-yerüstü piyada keçidlərindən düzgün istifadə etməyən piyadalarla bağlı təbliğat xarakterli profilaktik işləri genişləndirib.

Yol hərəkəti qaydalarını pozan sürücü və piyadalar aşkar olunaraq barələrində müvafiq tədbirlər görülməklə, onların hər biri ilə profilaktik söhbətlər aparılıb.

Vuğulanıb ki, hər bir hərəkət iştirakçısı qaydalara əməl etməli, özünün və digər şəxslərin həyatına, sağlamlığına, əmlakına etinasızlıq göstərməməlidir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir