Yaxın günlərdə havanın temperaturu tədricən yüksələcək

Cəmiyyət

Yaxın günlər ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu tədricən yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, yaxın günlər ərzində ölkə ərazisində havanın mülayim, əsasən yağmursuz keçəcəyi, sentyabrın 27, 28, 29 və 30-da əsasən gecə və səhər saatlarında duman olacağı gözlənilir.

O qeyd edib ki, mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək: 

“Bakıda və Abşeron yarımadasında sentyabrın 27, 28, 29 və 30-da havanın temperaturunun tədricən yüksələcəyi, 24-27, dağlıq rayonlarda 17-22, aran rayonlarında isə 30-34 dərəcəyədək isti olacağı gözlənilir”.

G.Məmmədovanın sözlərinə görə, bu il sentyabr ayının üçüncü ongünlüyündə ən yüksək temperatur ayın 23-də Bakıda və Abşeron yarımadasında 37 dərəcəyədək isti qeydə alınıb ki, bu da iqlim normasından 6 dərəcə yüksəkdir:

“Çoxillik meteoroloji məlumatlara əsasən indiyədək sentyabr ayının sonunda belə yüksək temperatur qeydə alınmayıb. Bununla da 2012-ci ilin sutkalıq rekord göstəricisi (29,6 dərəcə) yenilənib”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir