Xəzər RPİ-nin əməkdaşları 27 sentyabr – Anım Günündə Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərərək torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərin ailələrini ziyarət ediblər

Daxili İşlər Nazirliyi

Paytaxtın Xəzər rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları 27 sentyabr – Anım Günündə Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərərək torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərin ailələrini ziyarət ediblər.
Görüşlərdə qəhrəmanlarımızın igidlik salnamələrindən danışılıb, onların keçdikləri şərəfli döyüş yolu xatırlanıb. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğu, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğu qeyd edilib.
Şəhid ailələrinin üzvləri övladlarının Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq, igidlik və mərdlik nümunəsi göstərərək ən uca zirvə olan şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını deyiblər. Onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir