Ukrayna Prezidenti Zelenskinin doğma şəhəri Krivoy Roqun müdafiəsinin sirləri açıqlanıb – FOTO

Dünya

“Biz müharibənin ilk dəqiqələrindən şəhərin müdafiəsi ilə məşğul olmağa başladıq. Dərhal “Krivoy Roq” beynəlxalq hava limanının eniş-uçuş zolağının bloklanması ilə bağlı göstəriş verildi. Oraya ağır tikinti texnikası, məsələn, asfaltdöşəyənlər, çarxlar və s. düzüldü”.

Bunu “Report”un Şərqi Avropa bürosuna Rusiyanın Ukraynada apardığı müharibənin ilk günlərində demək olar ki, 2 həftə silahsız olan, ölkənin cənub cəbhəsində həlledici şəhər, Prezident Zelenskinin doğulub böyüdüyü Kirovoy Roq şəhərinin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul bildirib.

Onun sözlərinə görə, bu qərar həlledici rol oynadı:

“Çünki müharibənin ikinci günündə Rusiya tərəfi 3 “Su”nun müşayiəti ilə “İl-76”nı ora endirməyə cəhd etdi. Amma zolaq bağlı, radarlar da sönülü vəziyyətdə olduğundan onlar bunu edə bilmədilər: 200 metr yüksəkliyə qədər endilər, vizual olaraq vəziyyəti gördülər və daha sonra “İl-76” uçub getdi, “Su”lar isə daha yarım saat o yan-bu yana uçuşub sonra getdilər”.

Vilkul təəssüflə qeyd edib ki, müharibənin əvvəlində qoşunları demək olar, yox idi:

“Bizim 17-ci Krivoy Roq tank briqadamız demək olar, tam heyətlə Donbasda idi. Yalnız formalaşmaqda olan bir ərazi müdafiəsi batalyonumuz, yəni 600 qvardiyaçı və 2 minaatan var idi. Ona görə də qarşımızda duran əsas məsələlər, birincisi, işğalçıya şəhərə çox rahat daxil olmağa imkan verməmək, ikincisi isə onların Krivoy Roq istiqamətindəki hərəkətini maksimum yavaşlatmaq idi”.

Onun sözlərinə görə, müharibənin üçüncü günündə Xersondan böyük kalon yola çıxdı:

“Nikolayevi keçib Baştanka tərəfdən Krivoy Roqa doğru gəlməyə başladı. Bizim Baştankada kəşfiyyatımız olduğundan aviasiyamıza koordinatları ötürə bildik. 150 avtomobilin yeri dəqiq müəyyənləşdirildi. Təəssüf ki, kalondan 150 ədəd avtomobil yoluna davam edə bildi və şəhərə çatdı. Müharibənin əvvəlində ağır yük avtomobili olan “BelAZ”ları şəhərin girəcəklərindən “qovduq”. Nikolayev istiqamətində 6 ədəd “BelAZ”ın təkərlərini atəşə tutub onun ümumiyyətlə hərəkətsiz hala gəlməsini təmin etdik. Xoşbəxtlikdən müharibənin əvvəlində tanrı bizə yardım oldu, ruslar hava şəraitinə görə yalnız asfalt yollarda hərəkət edə bilirdi, kənd yollarında isə ilişib qalırdılar. Kalunun qalıqlarını da irəlidə “BelAZ”larla maneələr gözləyirdi, onlar da orada ilişdilər, Krivoy Roqdan 35 km məsafədə yerləşən Novıy Buq kənarlarında qaldılar. Helikopterlərimiz orada daha bir neçə zərbə endirdi. Kalondan qalanlar “ilişdiklərini”, şəhərə girə bilmədiklərini anlayaraq çönüb Voznesensk və Yeni Odessa istiqamətində getdilər”.

Şəhərin hərbi administrasiyasının rəhbəri bildirib ki, işğalçılar Xerson vilayətini tədricən işğal edərək yenidən Krivoy Roqa yaxınlaşdılar:

“Bizim böyük sənaye şəhərimiz, çox sayda şaxtalarımız, karxanalarımız var. Sənaye partlayıcılarından istifadə edib Xersonun şimalındakı körpüləri, tunelləri partlatdıq və ruslar tez hərəkət edə bilmədi. Bu müddətdə biz də torpağı qazır, istehkamlar, tank əleyhinə çuxurlar və s. hazırlayırdıq. Şəhərin lap yaxınlığında, demək olar, bir neçə yüzmetrliyində döyüşlər oldu. Amma indi əsgərlərimizin qəhrəmanlığı və şücaəti nəticəsində cəbhə xətti Krivoy Roqdan 50 km uzağa çatdırılıb. Şəhər cəbhə bölgəsində qalmaqdadır. Bütün təmas xətti boyunca atışmalar gedir. Ruslar “Qrad”, “Smerç”, “Uraqan” kimi müxtəlif yaylım atəşi sistemlərindən, artilleriyadan, minaatanlardan, tanklardan, hətta qanadlı raketlərdən belə istifadə edir. Məsələn, elə srağagün onlar Krivoy Roqa qanadlı raket atdılar. Amma Ukrayna Silahlı Qüvvələri vəziyyətə nəzarət edir. Cənub istiqamətində bir neçə hücum əməliyyatı olub, müəyyən müsbət məqamlar var. Lakin bu barədə informasiya vermək hələ tezdir, dəqiq məlumatı Ukrayna Baş Qərargahı lazım bildiyi anda verəcək”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir