Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının 27-ci illik konfransı və iclası keçirilir

Hüquq

Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının 27-ci illik konfransı və iclası keçirilir.
İclasda bir sıra mühüm məsələlər müzakirə olunacaq.
Bu sözləri Tbilisidə jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev söyləyib.
Kamran Əliyev qeyd edib ki, Gürcüstanın baş prokuroru İrakli Şotadzenin dəvəti əsasında həyata keçirilən səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də nəzərdə tutulub. Bu görüşlərdə cinayətkarlığa qarşı mübarizənin müxtəlif formaları ətrafında fikir mübadiləsi aparılacaq.
Baş prokuror, həmçinin bildirib ki, Beynəlxalq Prokurorlar Assosiasiyasının növbəti illik konfransı və iclası 2024-cü ildə Bakıda keçiriləcək. Bu səfər çərçivəsində təşkilatçılıqla bağlı bir sıra məsələlər də diqqət mərkəzində olacaq.
“Azərbaycan bu tədbiri ən yüksək səviyyədə təşkil edəcək”, – deyə K.Əliyev vurğulayıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir