Şəhid Samir Xudiyev

Baş səhifə

Şəhid Xudiyev Samir Səməd oğlu 18 iyul 2003-cü ildə Füzuli rayonu Əhmədalılar kəndində anadan olmuşdur. Samir valdeyinləri ilə birlikdə Bakı şəhərində yaşayırdılar. Samir 2009-cu ildə Bakı şəhərində yerləşən, Elşən Məhərrəmov adına 137 saylı tam orta məktəbin 1-ci sinifə daxil olmuşdur.
2020-ci ildə həmin məktəbin 11-ci sinifni bitirmişdir. Ali məktəbə sənəd verən Samir qəbul imtahanlarından az fərqlə kəsilmişdir. Samir qarşısına məqsəd qoymuşdur ki həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra yenidən Ali məktəbə sənəd verəcək. Vətənə olan sevgisi və böyük həvəslə 28 iyun 2021-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Samirin hərbiyə həvəsi çox böyük idi. Hərbi xidmətdə olduğu müddətdə fərqlənən və seçilən əsgər idi. Samir 4 dəfə komandirlərindən fəxri fərmanlara layiq görülmüşdür. 2021-ci il noyabr ayında antiterror əməliyyatlarında böyük şücaətlə iştirak etmiş və komandirlərinin böyük rəğbətini qazanmışdır. Samir 05 avqust 2022-ci ildə, səhər saatlarında döyüş tapşırığı yerinə yetirərkən Laçın rayonu ərazisində yerləşən Sarıbaba yüksəkliyində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Sabunçu rayonu Ramana qəsəbə şəhidlər xiyabanında dəfn olunub. Samirin ən böyük arzusu Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir