Şəhid Nihat Verdiyev Gəncədə dəfn edilib

Baş səhifə

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Verdiyev Nihad Nicat oğlu Gəncənin Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov ,Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Daşkəsən rayonunun Qaraqullar kəndində anadan olan 2003-cü il təvəllüdlü Nihat Verdiyevin nəşi əvvəlcə Gəncənin Aşıq Ələsgər küçəsində yaşadığı evə gətirilib. Burada təşkil olunan vida mərasimindən sonra şəhidimiz Gəncənin Şəhidlər xiyabanında dəfn olunub.

Dəfndən əvvəl cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirib.

Dəfndən sonra şəhidin tabutunun büküldüyü üç rəngli bayraq atasına verilib, Azərbaycan himni səslənib, yaylım atəşi atılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir