Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına
və vətəndaşların bölgələrdə qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri,
general-polkovnik Vilayət Eyvazov sentyabrın 22-də Gəncə Şəhər Baş Polis
İdarəsində növbəti qəbul keçirib.
Daxili işlər naziri əvvəlcə Gəncə şəhərindəki ümummilli lider Heydər Əliyevin
abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə
gül dəstəsi qoyub.
Sonra Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Göygöl, Samux,
Kəlbəcər, Daşkəsən, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Şəmkir şəhər və
rayonlarından qəbula gələn vətəndaşların müraciətlərini dinləyən nazir onların
problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar
verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, dövlət
qurumlarının rəhbərləri tərəfindən ərizə və müraciətlərinə operativ yanaşılmasına
görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
Daha sonra general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi
və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək
arzusunda olan gənclər iştirak edib. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 394
nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 68-i Vətən
müharibəsi iştirakçısı, 2-si isə şəhid ailələrinin üzvləri olublar.
Sonda daxili işlər naziri, general-polkovnik V.Eyvazov qeyd olunan
rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı
mübarizədə daha effektiv tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə
operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.







www.102info.az
