İjevsk qatilinin niyə həmin məktəbi seçdiyi məlum oldu – FOTO/VİDEO

Dünya

Rusiya Federasiyasının İstintaq Komitəsi İjevskdəki (Udmurtiya Respublikası) məktəbdə atəş açan şəxsin meyitinin görüntülərini nümayiş etdirib.

Kadrlarda qatilin köynəyində svastika işarəsi xüsusi diqqət çəkib.

“Onun neofaşist baxışlarına və nasist ideologiyasına sadiqliyi barədə yoxlamalara başlanılıb”, – deyə İK-nın məlumatında deyilir.

Bundan başqa, qatilin arsenalının fotoları da paylaşılıb. Bu, “Makarov” tapançası və üzərində “nifrət” yazısı olan 20-yə yaxın daraqdır.

İstintaq Komitəsi artıq hücumçunun kimliyini müəyyən edib. Məlum olub ki, bu, 1988-ci il təvəllüdlü Artyom Kazantsevdir. O, elə həmin məktəbi bitiribmiş.

Xatırladaq ki, bu gün şəhərin 88 saylı məktəbində dəhşətli hadisə baş verib. Belə ki, qara geyimli şəxs sinif otağına girərək iki tapançadan böyüklərə və uşaqlara atəş açıb. Bundan sonra o, dördüncü mərtəbədəki kabinetə girərək qapını bağlayıb və intihar edib. Təhlükəsizlik qüvvələri onun meyitini tapıblar.

Son məlumatlara görə, atışma nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan yeddisi uşaqdır. 14-ü uşaq olmaqla daha 21 nəfər isə xəsarət alıb.

Sentyabrın 26-dan 29-dək Udmurtiya Respublikasında ölənlər üçün matəm elan edilib.

Mənbə: RT

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir