Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır

Gündəm

Ermənistan silahlı qüvvələrinin sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədi boyunca Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribat bu ölkənin hərbi siyasi hakimiyyətinin işğalçı-faşist simasını bir daha bütün dünyaya nümayiş etdirdi. Dünya son təxribat zamanı Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirdiyinin şahidi oldu.

Otuz il ərzində erməni təxribatlarına göz yuman dünyanın bəzi güclərinin artıq gözlərini açması, qulaqlarının isə yaxşı eşitməsi zamanıdır.
Diqqətə çatdıraq ki, Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir.

Bu gün Ali Baş Komandan İlham Əliyev tarix yazır, onu dəyişir, yenidən yaradır, sabah isə tarix onun obrazını özündə əbədiləşdirib gələcək nəslin yaddaş ünvanına çevirəcək. İlham Əliyevin qətiyyətli fikirlərindən Ermənistan rəhbərliyi və revanşist qüvvələr dərs çıxarmalıdırlar. İstənilən təxribat bu ölkə üçün ağır fəlakət olacaq. Bir də ki, qalib sərkərdənin söylədiyi kimi, Ermənistan tarixi yenidən yazmaq cəhdlərindən də çəkinməlidir, çünki tarix Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusu tərəfindən 44 Günlük müharibədə artıq yazılıb.
Ermənistan dövləti bir daha bu təxribarla dünyaya öz barbarlığını göstərmiş oldu. Bu təxribat nəticəsində, eləcə də qüdrətli ordumuz tərəfindən görülən cavab tədbirlərinin gedişində igid oğullarımızı şəhid verdik. İgidlərimiz Azərbaycan uğrunda sinəsini düşmən gülləsinə sipər etmiş, Vətən yolunda ölümün gözünə dik baxmış, bu yolda canını əsirgəməmişdir. Cəbhə bölgəsində hərbçilərimizin, ORDUMUZUN GENERALININ şəhid olması xəbəri qəlbimizi göynətdi. Bir daha Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirəm! Onların əziz ruhu qarşısında baş əyirəm! Həqiqətən də torpaq yalnız onun uğrunda ölümə gedən oğulları olduqda Vətən sayılır.
Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir! Vətən millətin evi, millət də vətənin ailəsidir. Vətən bizi qoruyan anadır. Azərbaycanın şanlı hərbçiləri, qəhrəman övladları isə bu Vətəni sonsuz məhəbbətlə sevdiklərini dəfələrlə sübut ediblər.

Bu gün xalqımız Ali Baş Komandanına, müzəffər Ordumuza güvənir. Azərbaycan xalqı tam olaraq öz PREZİDENTİNƏ arxalanır. Onunla qürur duyur. Xalq Sizinlədir Cənab Prezident!
Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!.

Ramilə Seyidova,
YAP Siyəzən rayon təşkilatının sədr müavini

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir